Paşinyan: Ermənistanın yeni konstitusiyası Bakının tələbi deyil

13.03.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan hakimiyyəti Azərbaycanın tələbi ilə hazırlanmayan, lakin regional əhəmiyyət kəsb edən yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bir qrup vətəndaşla görüşü zamanı deyib.

“Yeni konstitusiya ilə bağlı mənim təklif etdiyim tezis geniş müzakirə olundu və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Əslində, “Real Ermənistan” ideologiyası çərçivəsində o, başqa məna daşıyır, baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özünün regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, - deyə qeyd edib.

Bundan əvvəl Paşinyan artıq “Ermənistan vətəndaşları ilə üzvi şəkildə bağlı olan” yeni konstitusiya qəbul etməyi qarşısına siyasi məqsəd qoyduğunu bildirmişdi. Eyni zamanda, müxalifət hökumət başçısını Azərbaycanın Müstəqillik Bəyannaməsinə istinadın Əsas Qanunun mətnindən çıxarılması ilə bağlı növbəti tələbini qəbul etməkdə ittiham edir. Bəyannamədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin Azərbaycanın tərkib hissəsi kimi tanıdığı, 30 ildən artıq Ermənistanın işğalı altında qalmış, nəhayət 2020-ci il 44 günklük müharibə ilə azad edilmiş  Qarabağın adı var.

Hakimiyyət isə Bakının tələbi ilə yeni konstitusiya qəbul etdiyini inkar edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью