Paşinyan Estoniya Prezidenti ilə görüşüb

28.04.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan və Estoniya rəhbərləri geniş spektrli məsələləri müzakirə ediblər

Tallinə rəsmi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Estoniya Prezidenti Alar Karis tərəfindən qəbul edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, ölkə başçıları arasında rəsmi görüş keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью