Paşinyan Estoniyaya səfər edəcək

24.04.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 27-28-də Estoniyaya rəsmi səfər edəcək.


Missiya.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniya hökumətinin rəsmi saytında məlumat verilib. 

Səfər zamanı Paşinyan Estoniyanın Baş naziri Kristen Mixal, Prezident Alar Karis, Riyqikoqu parlamentinin sədri Lauri Hussar və xarici işlər naziri Marqus Tsaxkna ilə görüşəcək. 

Qeyd olunub ki, aprelin 28-də Estoniya Dövlətçilik Evində iki Baş nazirin mətbuat konfransı keçiriləcək. Mətbuat konfransından əvvəl baş tutacaq ikitərəfli görüşdə müdafiə məsələləri, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Nurlana Əhmədova
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью