Paşinyan evdə soyuqdan donur

12.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ailəsi ilə birlikdə yaşadığı hökumət iqamətgahının binalarının düzgün qızdırılmadığını bildirib.

Paşinyan hökumətin iclasında resursların qənaətsiz istifadəsindən danışıb.

O , "Hökumət binaları heç vaxt isinmir. Qazdan istifadə olunur, amma bina qızdırılmır. Soyuğa dözə bilmirik, sonda donmamaq üçün (elektrik) qızdırıcıları işə salmağa qərar veririk. Amma qaz hələ də işlənməyə davam edir. Bunun üçün də dövlət büdcəsindən ödəyirlər", deyib.

Onun sözlərinə görə, bu xərcləri şəxsi vəsaitdən ödəmək mümkün deyil.

Bildirib ki, heç bir şəxsi büdcə belə böyük yaşayış sahəsi olan kommunal mənzili əhatə etməyə qadir deyil./Milli.Az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью