Paşinyan evini əcnəbiyə satdı FOTO

04.06.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Qaregin Njde küçəsində yerləşən evini satıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Hraparak” nəşri yazıb ki, üçotaqlı ev 2024-cü ildə 45.5 milyon drama (201 min AZN) satılıb. Evin yeni sahibi də Marina Ruds adlı şəxs olub. Onun Ermənistan vətəndaşı olmadığı bildirilir.

Paşinyan bir müddət öncə açıqlamasında evin arvadı Anna Akopyana aid olduğunu bildirmişdi. Akopyan da bu mənzili 2024-cü il üçün gəlir bəyannaməsində göstərmişdi./axar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью