Paşinyan “Facebook” səhifəsində əsas şəklini dəyişdi: Bəyənən yoxdur

19.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda hakimiyyətə gəldikdən 6 il sonra Nikol Paşinyan “Facebook” səhifəsindəki şəklini dəyişib.

Publika.az xəbər verir ki, bu vaxta qədər onun səhifəsində 2018-ci il inqilabı günlərində çəkilmiş şəkil vardı.

Köhnə fotoda Paşinyanın üzü qanlı, əli yaralı və sarğılı idi.

İndi əsas şəkildə Paşinyan yeni imicdə - saqqalsızdır. Görünən odur ki, Nikol Paşinyanın “Facebook”da reytinqi xeyli aşağı düşüb.

Onun şəklini cəmi 789 istifadəçi bəyənib, 51 nəfər şərh yazıb, 10 istifadəçi şəkli paylaşıb.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью