Paşinyan Fransaya getdi

29.10.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-30-da Fransa Respublikasında işgüzar səfərdə olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"Bu gün baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək. Həmçinin ikitərəfli görüşlər də planlaşdırılır. Oktyabrın 30-da baş nazir Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşəcək", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью