Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Rusiyaya işgüzar səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“İlkin razılaşmaya əsasən, dekabrın 3-də Moskvaya işgüzar səfər edəcəyəm. Rusiya Prezidenti ilə görüş və müzakirələr nəzərdə tutulur”, – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, dekabrın 11-12-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün də Rusiyaya səfər planlaşdırılır.
Bundan başqa, dekabrın sonunda Aİİ və MDB liderlərinin görüşlərində iştirak məqsədilə Rusiyaya növbəti səfərin həyata keçirilməsi nəzərdə tutulur.