Paşinyan: “Generallar da Qaregini xilas edə bilməyəcək”

04.12.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Erməni Apostol Kilsəsinin (EAK) ruhanilərini ziyarət etməsi ilə bağlı suallarının cavabında belə deyib.
Yerli medianın iddiasına görə, həmin ruhanilər Ermənistan hökumətinin başçısının iştirak etdiyi İlahiyə ibadət mərasimində katolikosun adının çəkilməməsi barədə göstəriş alır.
Nikol Paşinyan juralistlərə açıqlamasında EAK-ın hazırkı rəhbəri kilsəyə ziyan vurduğunu bildirərək, onun istefasının vacibliyini bir daha bəyan edib.
“Ktriç Nersisyan getməlidir. Başqa variant yoxdur. Biz təlatümsüz yolla davam edəcəyik, lakin o getməlidir. Nə baş leytenantlar, nə də xarici kəşfiyyat xidmətlərinin general-polkovnikləri ona kömək etməyəcək”, - Ermənistanın baş naziri vurğulayıb.
Paşinyanın fikrincə, əslində, kilsə ətrafında yaşanan qalmaqal faydalıdır: “Demokratik ölkələr hay-küydən və ictimai müzakirələrdən yayınmamalıdır”.
Ermənistan hökumətinin başçısı həmçinin bildirib ki, ona “baş nazirə tabe olan” katolikos lazım deyil. Lakin, onun fikrincə, xarici strukturların təsiri altında ola biləcək kilsə rəhbərini də qəbul etmir.
- İfşaedici materiallar barədə söhbətlər mənasızdır, çünki Ktriç Nersisyan və onun qardaşı gəzən əayni kompromatdır. Katolikosun qardaşını KQB-nin keçmiş agentidir”, - Ermənistanın baş naziri deyib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью