Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb

18.11.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb.

“Unikal” xəbər verir ki, o, açıqlamasında “Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirirəm ki, mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim sistem xarakterlidir", - bildirib.

Paşinyan, həmçinin, "Adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm, hər kəsə töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm”, - deyə əlavə edib.

Zərifə Nağıyeva 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью