Paşinyan güc strukturunda təmizləmələr aparılması ilə bağlı göstəriş verdi KONKRET

21.06.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru səlahiyyətlərini icra edən Andranik Simonyana güc strukturunda təmizləmələr aparmağı, “satqınları və hakimiyyətə düşmən elementləri aşkar etməyi” tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı həbs etmək əmrini yerinə yetirməkdən imtina edən MTX-nin direktoru Armen Abazyanı vəzifəsindən dərhal azad etsə də, güc strukturlarının fəaliyyətindən hələ də narazıdır.

Qeyd edək ki, Abazyan vəzifəsindən iyunun 18-də azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью