Icma.az bildirir, Axar.az portalına istinadən.
Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiya-Ermənistan münasibətlərində yumşalma olmayacaq.
Axar.az xəbər veirr ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi münasibətlərdə hər hansı yumşalma gözlənilmir:
“Münasibətlərin pisləşməsi İrəvanın Moskvanın rəqibləri ilə ittifaqlar qurmağa yönəlmiş siyasəti ilə bağlıdır. Paşinyan Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirməyəcək, çünki referendumda məğlub olmaqdan qorxur”.