Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməyə hazırlaşdığı və ölkəni növbədənkənar seçkilərə aparacağı iddia edilib.
Bu diqqətçəkən iddia ilə Paşinyanın sabiq müttəfiqi və deputat Ovik Ağazaryan çıxış edib.
Deputat xarici siyasətdə baş verən son hadisələrin növbədənkənar seçkilər üçün əlverişli zəmin yaratdığını və bunun hökumətin strateji maraqlarına xidmət edəcəyini güman edir.
Deputatın fikrincə, Paşinyanın siyasi mövqeyi yeni hüquqlar əldə etmək imkanı da yaradır.
Bəs, Ermənistandakı hazırkı hərc-mərclik, hakimiyyətdaxili böhranlar, kilsənin təzyiqləri yaxın gələcəkdə hansı proseslərə yol aça bilər?
Görəsən, rəsmi Kremlin Ermənistanın son addımlarına cavabı necə olacaq?
Həmçinin sözügedən iddianın reallaşması, Ermənistan hakimiyyətində dəyişiklik Azərbaycana nə dərəcədə təsir göstərəcək?