Paşinyan hələ də “bilmir”: bəs, Kobaxidze Bakıya gələcək?

10.11.2024

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda keçiriləcək COP29-da iştirak edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Bildirilib ki, Bakıya səfəri çərçivəsində Kobaxidzenin Azərbaycan prezidenti ilə şəxsi görüşü olacaq. İrakli Kobaxidzenin COP29 liderlərinin konfransında çıxış edəcəyi, həmçinin müxtəlif mövzularda dəyirmi masalar formatında keçiriləcək panel müzakirələrində iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, COP29-da iştirak üçün Ermənistana da dəvət göndərilib. Lakin sabah COP-29 konfransının başlamasına baxmayaraq, Ermənistan rəsmiləri hələ də Bakıya gəlib-gəlməyəcəkləri haqda qəti söz deməyiblər. Hər dəfə bu yöndən suala “bu barədə hələ qərar verilməyib” cavabı səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью