Paşinyan həyat yoldaşı ilə görüntüləndi barışıblar

26.10.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan 8 aydan sonra həyat yoldaşı Anna Akopyanla birlikdə görüntülənib.
Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, Nikol Paşinyan və Anna Akopyan Ermənistan Milli Qalereyasında açılan sərgini ziyarət ediblər.

Sərgi Ermənistan baş nazirinin həyat yoldaşı, “Mənim addımım” fondunun icraçı direktoru Anna Akopyanın rəhbərlik etdiyi “Daha dözməyəcəyik” adlı ailədaxili zorakılığa qarşı hərəkat çərçivəsində təşkil olunub.

Sərgidə nümayiş etdirilən bütün eksponatlar müxtəlif vaxtlarda ailədaxili zorakılığa qarşı mübarizə məqsədilə həyata keçirilən real təşəbbüslərin bir hissəsi olub.

Təqdim olunan nümunələr Avstraliya, Yeni Zelandiya, İtaliya, Çili, Finlandiya və dünyanın digər ölkələrində yaşanmış hadisələrlə bağlıdır.
Ermənistan mediası yazır ki, Paşinyan və Akopyanın birgə görüntüsü onların barışdığını təsdiqləyib.
Xatırladaq ki, bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. 
İyunda keçirilən parlament seçkiləri zamanı Anna Akopyan hakim “Vətəndaş partiyası”na dəstək vermişdi.
Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.
Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.
2018-ci ildə Anna Akopyan "Mənim addımım" xeyriyyə fondu təsis edib.

Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью