Paşinyan həyat yoldaşını ABŞ yə ezam etdi

15.06.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyannın ABŞ-a ezam olunması ilə bağlı qərar imzalayıb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, qərara əsasən, Anna Akopyan iyunun 26-dan iyulun 4-dək ABŞ-da səfərdə olacaq.

O, Dünya Birinci Xanımlar Akademiyasının illik tədbirində iştirak etmək üçün New York şəhərinə gedəcək.

Səfərlə bağlı xərclərin, o cümlədən gündəlik və yaşayış xərclərinin Ermənistan Baş nazirinin Aparatı tərəfindən müəyyən olunmuş qaydada ödəniləcəyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью