Paşinyan hökuməti istefaya hazırlaşır

27.08.2026

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.

Hurriyyet.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Biz bazar günü (2 avqust - red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir", - o bildirib.

Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir: "Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək".

Qeyd edək ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın təmsil etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью