Paşinyan II Qaregini göndərməkdə israr edir

24.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan hökumət başçısı Nikol Paşinyanın administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsi əvvəllər anonsu verilmiş "Erməni kilsəsinin böhranı haqqında" adlı 74 səhifəlik hesabatı yayımlayıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, rəsmi dairələrin fikrincə, bu sənəddə Bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən kənarlaşdırılması və Erməni Həvari kilsəsində islahatların aparılması zərurəti əsaslandırılır.

Hesabatda II Qaregin xüsusilə subaylıq andını pozmaqda, eyni qaydanı pozan yüksəkrütbəli ruhaniləri məsuliyyətə cəlb etməməkdə və əksinə, onları rəğbətləndirməkdə, 27 il ərzində Milli Kilsə Məclisinin çağırılmasını uğursuzluğa düçar etməkdə təqsirləndirilir. Həmçinin o, kilsədə qohumbazlıq və klan idarəçiliyi yaratmaqda, qohumlarını yepiskop təyin edərək hakimiyyəti mənimsəməkdə, siyasi fəaliyyətlə məşğul olub xarici dövlətlərin maraqlarına xidmət etməkdə və kilsə iyerarxiyasının nümayəndələrinə qarşı əsassız təqiblərdə günahlandırılır.

Subaylıq andının pozulması ilə bağlı sənəddə 2015 və 2019-cu illərdə mediada dərc olunmuş, katolikosun qızının olduğuna dair məqalələrə istinad edilir. Həmçinin, oxşar iddialarla çıxış edən bir sıra din xadimlərinin bəyanatları da sənəddə yer alır. Xüsusilə, 2018-ci ildə katolikosun istefası tələbi ilə etiraz aksiyaları təşkil edən və sonradan rütbəsindən məhrum edilən iyeromonax Koryun Arakelyanın da bu barədə xatırlatmaları qeyd olunur.

Sənəddə kilsənin islahatı üçün beş addımdan ibarət plan təklif olunur. Bunun üçün ilk növbədə koordinasiya qrupunun yaradılması nəzərdə tutulur. İkinci mərhələdə dərc olunmuş hesabat əsasında II Qareginin vəzifədən uzaqlaşdırılması, üçüncü addımda isə islahatları təmin etmək üçün müvəqqəti rəhbərin seçilməsi planlaşdırılır. Dördüncü addım islahatları təsdiqləyəcək Milli Kilsə Məclisinin çağırılması, beşinci addım isə yeni katolikosun seçkisi olmalıdır.

Qeyd edək ki, fevralın 14-də Ermənistan prokurorluğu Ali Ruhani Şuranın qərarı ilə rütbəsindən məhrum edilmiş Masiyatsotn yeparxiyasının sabiq rəhbərinin səlahiyyətlərinin bərpası haqqında məhkəmə aktının icrasına mane olmaq ittihamı ilə Bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi açıb. İyulun 29-da prokurorluq II Qaregin və altı yepiskop barəsində cinayət işini ittiham aktı ilə birlikdə məhkəməyə göndərib.

Ermənistanın baş naziri Nikol Paşinyanla erməni ruhaniləri arasında münasibətlər 2020-ci ildə Eçmiədzin kilsəsinin qondarma rejimlə bağlı siyasətinə görə onu tənqid edərək istefasını tələb etməsindən sonra kəskinləşib. Son aylarda Paşinyan kilsə nizamnaməsinə görə ömürlük seçilən Erməni Həvari kilsəsinin rəhbəri II Qareginin vəzifədən kənarlaşdırılması üçün faktiki olaraq açıq kampaniya aparır.

Nikol Paşinyan

Ermənistan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью