Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Ermənistanda Nikol Paşinyanla kilsə arasında gərginlik davam edir.
Təhlilçilər hesab edirlər ki, Paşinyan seçkilərə qədər kilsə rəhbərliyini devirməyə çalışacaq.
Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, Nikol Paşinyan II Qaragenlə bağlı çox ciddi qərarlar qəbul edib:
“Paşinyanla kilsə arasındakı münasibətlər hələ 2018-ci ildən gərgindir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra tərəflər bir-birini qəbul etmir. İkinci Qaragenin Rusiyaya bağlılığı və müxalifəti dəstəkləməsi bu gərginliyi daha da artırıb”.
O qeyd edib ki, məhz bu səbəbdən Nikol Paşinyan seçkilərə qədər İkinci Qarageni devirməyə çalışır.
“Son dövrlərdə keçirilən liturgiyalar da II Qaragensiz təşkil olunur və Paşinyan bu mərasimlərdə iştirak edir. Bu isə qarşıdurmanın açıq mərhələyə keçdiyini göstərir.
Paşinyanla İkinci Qaragen bir-birlərinə qarşı ağır ittihamlar irəli sürüblər və onların artıq bir araya gəlməsi qeyri-mümkün görünür. Bu baxımdan hesab edirəm ki, Nikol Paşinyan II Qaragenlə bağlı çox ciddi qərarlar qəbul edib. Sadəcə həmin qərarların icrası qalıb və Paşinyanın onu kilsə rəhbərliyindən uzaqlaşdıracağı istisna olunmur”,-deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova