Paşinyan: İlham Əliyevə minnətdaram, əsaslı dəyişikliklər baş verəcək

23.10.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın gələcəkdə əsaslı dəyişikliklər baş verəcək, xüsusilə biz məmnuniyyətlə qeyd etməliyik ki, Ermənistan tədricən blokadadan çıxır. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 23-də hökumətin iclasında bildirib.

"Artıq iki gündür ki, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı bəyanatı müzakirə olunur. Tbilisidə keçirilən İpək Yolu konfransında mən Azərbaycan prezidentinin bu qərarına görə minnətdarlığımı bildirdim və bunu alqışladım. Mən də burada da eyni şeyi etmək istəyirəm, çünki bu, çox mühüm qərardır. Bütün bunlar onu göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunan razılaşmalar sadəcə olaraq, konkret nəticələr deyil, biz görürük", - Paşinyan qeyd edib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью