Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Paşinyan Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.
"Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkürümü bildirirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin sonsuz münaqişə əvəzinə sülh, rifah və əməkdaşlıq perspektivini seçərək indini və gələcəyi dəyişə biləcəklərini dərk edərək sülhü qəbul etdilər və dəstəklədilər", - Paşinyan deyib.