Paşinyan: İlham Əliyevlə danışıqlardan razıyam

16.10.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti ilə təmaslarımız,  xüsusən də avqustun 8-də sülhün bərqərar olmasından sonra dövri xarakter daşıyır. Konkret açıqlama verilməsə də, bu o deməkdir ki, əvvəllər verilmiş bəyanatlar çərçivəsində işgüzar müzakirələr aparılır".

Ölkə.az  xəbər verir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan  keçirdiyi birifinqdə deyib.
Prezident İlham Əliyevlə Misirdəki görüşə toxunaraq deyib ki, əvvəllər verdikləri bəyanatların müddəalarını müzakirə ediblər. 

Kopenhagen görüşünə toxunan Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan Kopenhagen görüşündən sonra hər iki tərəfin yaydığı bəyanatı rəsmən qəbul ediblər. "Kopenhagen görüşündən sonra verilən bəyanatda bildirilir ki, Ermənistanda kommunikasiyalar və  Zəngəzurda reallaşacaq TRİİP layihəsi müzakirə olunub. Bütövlükdə, Kopenhagendəki müzakirələrimizdən, əlaqələrimizdən və sülhün institusionallaşdırılması istiqamətində aparılan işlərdən razıyam.

Bir daha demək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sülh yaranıb. Bu, danılmaz faktdır”, - Paşinyan qeyd edib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью