Paşinyan İlham Əliyevlə təmaslardan və danışıqlarının nəticələrindən razı qaldığını deyib

16.10.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə təmaslardan və danışıqlarının nəticələrindən məmnundur.

Bizimyol.info xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib.

“Mən Kopenhagendəki görüşümüzdən və təmaslarımızın ümumi nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh faktdır”, - deyə o bildirib.

Oktyabrın 2-də Əliyev və Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüblər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью