Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Ermənistan Sülh Şurasının nizamnaməsini üzvlük haqqı ödəmədən iştirak əsasında imzalayıb.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, Sülh Şurasının nizamnaməsi Şuraya könüllü əsaslarla, maliyyə töhfələri verməklə üzvlüyü nəzərdə tutur. ABŞ Prezidenti Donald Trampın dəvət etdiyi Şuraya 3 il müddətinə, konkret müəyyən edilmiş üzvlük haqqı olmadan qoşula bilər. Bu müddət başa çatdıqdan sonra mövcud prosedura uyğun olaraq şərtlərə yenidən baxılır.
“Ermənistan hökuməti bu əsaslar çərçivəsində Sülh Şurasına üzvlüyü təsdiqləyib. Üzvlük haqqı könüllü xarakter daşıyır və hər hansı ölkə Şuranın nizamnaməsi qüvvəyə mindikdən sonra 1 il ərzində daimi üzv olmaq istəyi ifadə edərsə, həmin qayda tətbiq olunur”, – Ani Badalyan bildirib.
(yeni sabah)