Paşinyan indi də ora hücum edəcək Ovanisyan

18.12.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Nikol Paşinyan Müqəddəs Eçmiədzin kilsəsinə ilk hücuma hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Armen Ovanisyan deyib.

O, Paşinyanın kilsəyə ziyarətini hücum kimi qələmə verib:

“Bu, gözlənilən ssenaridir; sadəcə Nikol hücumu dolayı yolla – hələ də müqəddəs sayılan din xadimlərinin əli ilə həyata keçirəcək. Bu, sadəcə yoxlama xarakterli səfərdir və onun məqsədi müəyyən ayıq-sayıqlığı zəiflətmək, əsas addımları daha əlverişli anda atmaqdır.

Xatırlayın, 5 il əvvəl, 2020-ci il dekabrın 19-da Paşinyan Yerablura (erməni əsgərlərin qəbiristanlığı – red.) hücum etdi. İndi isə görürük ki, 5 il sonra bütün erməni xalqının müqəddəs məkanı Paşinyanın birbaşa hücumu altındadır”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью