Paşinyan İrana səfər edəcək

11.02.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Ermənistan və İran 2026-cı ildə Baş nazir Nikol Paşinyanın Tehrana səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədi imzalamağı planlaşdırırlar.

AzPost bildirir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən qəbulda bildirib.

O, tərəflərin tərəfdaşlıqlarını institusionallaşdırmaq və “yol xəritəsi” əsasında əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək niyyətində olduqlarını bildirib. O, ölkələr arasında münasibətlərin və  liderlər arasında qarşılıqlı etimadın onların ən böyük sərvəti olduğunu vurğulayıb.

Səfir həmçinin regional əlaqələrin açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, Cənubi Qafqazda sabitliyin açarı olaraq sülhün və mehriban qonşuluğun olduğunu vurğulayıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью