GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə gündür Ermənistanda ard-arda istefaların verildiyi ilə bağlı məlumatlar yayılır.
İstefa verənlər arasında ölkənin daxili işlər naziri Vahe Qazaryan, sosial və iqtisadi məsələlər naziri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Argişti Ğaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sədrinin adları çəkilir.
Eyni zamanda Ermənistan parlamentinin hakim “Müklü Müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryanın da mandatından imtina etmək niyyətində olduğu deyilir.
Hələlik heç bir istefa rəsmi şəkildə təsdiqlənməsə də müəyyən iddialar səsləndirilir.
Ermənistan Baş naziri Nikol Paşinyanın bu addımın arxasında hansı səbəblərin dayandığı isə sual yaradır. Kütləvi istefaların səbəbi nədir?
Xəyal Bəşirov Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Ermənistanda hakim fraksiyanın üzvləri ilə yanaşı güc strukturlarından daxili işlər naziri, milli gəlirlər naziri və s.
rəhbərləri istefa veriblər: “Nikol Paşinyan isə dərhal onun razılığı ilə prosesin baş tutduğunu açıqladı.