Paşinyan işğal siyasətindən əl çəkməyib Bu da sübut

20.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan 2020-ci il kapitulyasiyasından uzaqlaşdıqca ölkənin siyasətində bir məqamı açıq şəkildə ortaya qoyan meyillər güclənir: İrəvan kapitulyasiya nəticəsində üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Vesti.az”a deyib.

“Hətta indi də orada bunun kapitulyasiya deyil, atəşkəs haqqında saziş olduğunu sübut etməyə çalışırlar. Amma bütün bunlar, əlbəttə ki, cəfəngiyatdır. Niyə? Çünki İrəvan əsas şərti yerinə yetirib: noyabrın 10-da əldə olunmuş razılaşmaların icrası çərçivəsində məlum rayonları boşaldıb. Həmin rayonların ümumi ərazisi Azərbaycan Ordusunun döyüşlər zamanı azad etdiyi ərazilərdən daha böyükdür. Bundan əlavə, Ermənistana qalan hərbi texnikasını çıxarmaq imkanı da verildi. Yəni, bu, hərbi-texniki tədbirlərin həyata keçirilməsinin klassik nümunəsidir, bu zaman uduzan tərəf, mahiyyət etibarilə, qalibin tələblərini yerinə yetirir. Bu isə kapitulyasiya adlanır. Ona görə də görürük ki, bu geri çəkilmə prosesi davam edir.

Ermənistan siyasi müstəvidə Azərbaycan əleyhinə ərazi iddialarını ehtiva edən müddəaları Konstitusiyasından və parlamentin bir sıra qərarından çıxarmaq istəmir. Üstəlik, bu gün Almatı bəyannaməsindən danışarkən, onun parlament tərəfindən təsdiqi çərçivəsində qəbul edilmiş dəyişiklikləri ləğv etmək istəmir. Onlar bunu belə istəmirlər. Biz bu qərarlardan uzaqlaşmaq istəyi görürük. Paşinyan sülhdən çox danışır, amma bu və ya digər şəkildə öhdəliklərindən geri çəkilməyə cəhd edir. Açıq desək, bu, çox təhlükəli bir yoldur. Konfrontasiya yolunun seçilməsi, mahiyyət etibarilə, yalnız bir məna daşıyır: qarşıdurmanın davam etdirilməsi. Münaqişə artıq hərbi sahədən digər - hüquqi, ideoloji, təbliğat və s. sahələrə keçib. Bu o deməkdir ki, təcavüzkar siyasət elementləri Ermənistanın siyasi gündəliyində qalmaqdadır”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью