Paşinyan istefa ərizəsini Prezidentə göndərdi

02.08.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Respublikası Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət yeni seçilmiş Milli Məclisin ilk iclası günü istefa verir.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu barədə yaydığı videoda məlumat verib.

Paşinyan yayımladığı videoda hökumətin istefa ərizəsini imzalayıb. Məktub Ermənistan Respublikası Prezidentinə göndərilib.

O qeyd edib ki, istefa verən hökumətin üzvləri öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Ermənistan Respublikası Prezidenti yeni seçilmiş Milli Məclisin səlahiyyət müddəti başladıqdan sonra parlament çoxluğunun namizədini dərhal Baş nazir təyin edəcək. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью