Paşinyan IV respublikanın yaradılmasını elan etdi

08.10.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan sülh əsasında qurulmuş dördüncü respublikaya çevriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın yeni konstitusiyasının qəbulunu elan edən baş nazir Nikol Paşinyan özünün "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, üçüncü respublika dövründə (1991-ci ildə) qəbul edilmiş konstitusiya sülhə və xalqın iradəsinə əsaslanmır. Paşinyan bunun aydın və mübahisəsiz məsələ olacağını qeyd edib.

"Üçüncü respublika münaqişə məntiqinə əsaslanırdı, biz isə sülh məntiqinə əsaslanan dördüncü respublikanı yaradırıq", - deyə Paşinyan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью