Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyan Qagik Vanoyanı Dövlət Protokolu Xidmətinin rəisi vəzifəsindən azad edib. Oxuməni.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin saytında dərc olunub.
İstefa oktyabrın 17-də İrəvanda Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlardan sonra baş tutub. Mətbuat üçün açıqlama zamanı Ermənistan hökumətinin başçısı hazırlanmış mətni oxuyarkən həmkarının vəzifəsini səhv adlandırıb.
İnsident oktyabrın 17-də Qırğızıstan Prezidenti Sadır Japarov COP 17 iqlim konfransında iştirak etmək üçün İrəvana gəldiyi zaman baş verib.
"Əvvəlcə Ermənistana qayıtmış Qazaxıstan Prezidenti Sadır Japarovu salamlayıram", – deyə Ermənistan hökumətinin başçısı kağızdan mətni oxuyarkən bildirib.
Qeyd olunur ki, o, mətbuata çıxış zamanı da Sadır Japarovu bir neçə dəfə Qazaxıstanın rəhbəri adlandırıb.
Qeyd edək ki, Qagik Vanoyan 2022-ci ilin dekabrından protokol rəhbəri vəzifəsini tuturdu və 2026-cı ilin avqustunda yenidən təyin edilmişdi. Baş nazirin dəftərxanası işdənçıxarılma səbəbinin çıxış materiallarındakı qeyri-dəqiqlik olması ilə bağlı məlumatı rəsmi olaraq şərh etməyib.
Almaz Həsənli