Paşinyan Japarovu Qazaxıstan prezidenti adlandırıb

20.10.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan prezidenti Sadır Japarovu Qazaxıstan prezidenti adlandırıb. Bundan sonra isə Dövlət Protokolu Xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifəsindən azad edib. 

525.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“İşdən çıxarılmanın rəsmi səbəbləri açıqlanmayıb. Lakin hökumətdəki mənbələrin məlumatına görə, Vanoyanın istefasına tədbirlərdən birində baş verən insident səbəb olub”, - məqalədə deyilir.

Söhbət oktyabrın 17-də Ermənistanda Paşinyan və Sadır Japarovun birgə keçirdikləri brifinqdən gedir. Paşinyan onun üçün hazırlanmış protokol sənədindəki mətni oxuyarkən Sadır Japarovu Qazaxıstan prezidenti kimi təqdim edib.

Ehtimal olunur ki, səhv mətnin hazırlanması zamanı buraxılıb, Baş nazir isə qeyri-dəqiqliyi görmədən sənədi mexaniki şəkildə oxuyub. Japarovun təəccüblənməsi baş verən hadisəyə diqqət çəkib.

“Hraparak” yazırki, son səkkiz ildə Ermənistan hökumətində protokol xidmətinin bir neçə rəhbəri dəyişdirilib. Bu cür hallarda hər dəfə “günah keçisi” məhz həmin vəzifəli şəxs olur.

Paşinyan dövlət başçılarının vəzifələrini ilk dəfə səhv salmır. O, bir dəfə Rusiya prezidenti Vladimir Putini Fransa lideri adlandırıb. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью