Paşinyan kartlarını açdı katolikosla savaşın arxasından Qarabağ çıxdı

25.08.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın parlamentdə səsləndirdiyi son fikirlər hakimiyyətin bütün ermənilərin katolikosu II Qareginlə mübarizəsinin əsl səbəbini üzə çıxarıb.

“Paşinyan nəhayət açıq şəkildə katolikosdan nə istədiyini dedi. Problem Qarabağın adının çəkilməsi, Qarabağın xatırlanmasıdır. Məsələ onların indiyədək söylədikləri deyil”, – deyə Karapetyan bildirib.

Müxalif siyasətçinin fikrincə, hakimiyyətin bundan əvvəl kilsə və katolikosla bağlı irəli sürdüyü digər arqumentlər ikinci dərəcəlidir. Karapetyan hesab edir ki, Paşinyanın çıxışı zamanı kartlar açılıb və qarşıdurmanın əsas səbəbinin kilsənin Qarabağ mövzusunu gündəmdə saxlaması olduğu aydınlaşıb.

Paşinyan isə avqustun 24-də parlamentdə hökumətin 2026–2031-ci illər üçün proqramını təqdim edərkən Ermənistan Apostol Kilsəsini yenidən sərt tənqid edib. Baş nazir kilsədə dərin sistemli böhran olduğunu bildirib və II Qareginə qarşı ittihamlarını təkrarlayıb.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью