Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan "Mənim addımım" fraksiyasının keçmiş üzvü Sofiya Ovsepyana qarşı mülki iddia qaldırıb.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumət başçısı təxminən 16.200 dollara bərabər olan 6 milyon dram məbləğində pul təzminatı tələb edib. Buna səbəb isə qadının onu “iyrənc” adlandırmasıdır.
Paşinyan təhqirə görə keçmiş tərəfdarından 2 milyon dram, böhtana görə isə əlavə 4 milyon dram təzminat almaq niyyətindədir. Siyasətçi həmçinin cavabdehin qərarın qüvvəyə minməsindən sonrakı beş iş günü ərzində ictimaiyyətdən üzr istəməsini tələb edir.
Qeyd edək ki, Sofiya 2018-ci ildə Paşinyanın rəhbərlik etdiyi fraksiyada parlamentə seçilib və 2021-ci ilin əvvəlində "Mənim addımım" fraksiyasından ayrılaraq bitərəf millət vəkili olub.
Bizim.Media