Paşinyan kilsə mübarizəsi gizli formaya keçib | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nikol Paşinyanın bir neçə gündür ki, bütün ermənilərin katolikosu və kilsə haqqında yazmamasına və öz səhifəsində səhər “zəbur”ları ("Zəbur" sözü yunan psalmodan, "mahnı" mənasını verir) dərc etməməsinə baxmayaraq, kampaniyanı bitmiş hesab etmək olmaz.
“Cebheinfo.az”-ın məlumatına baxmayaraq, “Hraparak” qəzeti belə yazıb.
“Hökumətə yaxıın mənbələrimizin dediyinə görə, bu susqunluq görüntüdür.
Rejim gizli şəkildə kilsəyə qarşı işləməkdə davam edir-faktlar və ittihamedici sübutlar toplanır, taktika nəzərdən keçirilir.
Müşahidə olunan passivlik isə regiondakı qeyri-sabitlik, İsrail-İran müharibəsi ilə bağlıdır.
Paşinyan dərk edir ki, xüsusilə də bu günlərdə kilsə əleyhinə yazıları gələcək üçün bağışlanmayacaq.
Ona görə də “müharibəni” davam etdirmək üçün vəziyyətin, heç olmasa, bir az sakitləşməsini gözləyir.
Tam oxu
Xəbəri oxu