Icma.az, Sia Az saytına istinadən bildirir. Ermənistanda sülhə alternativ axtaranlar hələ də kifayət saya malikdirlər.
“Eks”lər, rusiyapərəstlər, kilsənin diqtəsi ilə “bəlkə də qaytardılar” aforizminə sadiq qalanlar zaman maşınının geri fırlanacağı düşünənlər, bir sözlə bir qrup cahil hələ də çərxi-fələyin ətəyindən yapışıb Azərbaycan torpaqlarında firionluq etdikləri dövrə qayıtmağı arzu edirlər.
Amma zaman maşını da, çərxi-fələyin arabası da onlar üçün xarab olub, işlək halda deyil.
Müxalifətin çaldığı “balalayka”nın havasına oynayanlar tək-tükdür, ümid qalıb kilsəyə.
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan isə növbəti dəfə kilsənin ali iyerarxlarına qarşı ittihamlar səsləndirib.
Ermənistanın baş naziri Nikol Paşinyan tarixi abidə statusunda olan, hökumətin kitablarında olan və Erməni Apostol Kilsəsinə pulsuz istifadə üçün bağışlanan bəzi kilsə və monastırları kilsədən alacağı ilə hədələyib.
Paşinyan hesab edir ki, bu kilsələrdə mənəvi həyat yoxdur və orada intriqalar, müxtəlif süjetlər hörülür.
Hökumət “bu kilsələri cəmiyyətə qaytarmaq” üçün bütün mənəvi və hüquqi rıçaqlara malikdir.