Paşinyan kilsəni ziyarət etdi: insident baş verdi

29.03.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib.

Hadisə yerində qısa müddətli gərginlik yaşansa da, mühafizə xidməti baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью