Paşinyan kilsəyə Troya atı göndərir

25.11.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə Ermənistanın "Joxovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, keşişlərin vəzifəsi kilsədə keçirilən daxili müzakirələr əsnasında təxribat yaratmaq, "hökumət-kilsə qarşıdurmasını məhz onlar başlatdıqları üçün" katolikos II Qaregininin tərəfdarlarına ittihamlar yağdırmaqdır. Aydındır ki, belə bir "kampaniya"nın məqsədi kilsədə üsyan başlatmaq, nəticədə baş keşişin istefa verməsinə gətirib çıxarmaqdır.
Qəzetin bildirdiyinə görə, gələcəkdə bu istiqamətdə təzyiqin daha da güclənəcəyi, beləliklə, Nikol Paşinyanın öz arzusuna çata biləcəyi istisna deyil. Məlumata əsasən, "Troya atı"ndakı keşişlərə rəhbərlik Ovannavank monastırının II Qaregin tərəfindən "taxtdan salınmış" keşişi Aram Asatryana tapşırılıb: "Kampaniya çərçivəsində istənilən addımı sərbəst ata bilməsi üçün hökumət ona tam səlahiyyət verib".

(erməni keşiş Aram Asatryan)
"Joxovurd" həmçinin yazır ki, Aram Asatryanın "mükafat"ı da indidən bəllidir. Belə ki, ona hökumət tərəfindən II Qaregin gələcəkdə vəzifədən kənarlaşdırılanda kilsədəki taxtına qayıtmaq vədi verilib
Xatırladaq ki, Ermənistanda hökumət-kilsə qarşıdurması hələ 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövrdə başlayıb. Hökumət başçısı müəyyən təftişlərlə, kilsə rəhbərliyinə tənqidlərlə və yeni katolikos seçimi tələbi ilə Qriqoryan Kilsəsinin nüfuzunu zəiflətməyə çalışır. Qarşıdurma 2024-cü ildə Ermənistan-Azərbaycan sərhəd delimitasiyası məsələsi üzə çıxanda daha da dərinləşib. Beləliklə, hökumət bir sıra din xadimini dövlət çevrilişə cəhddə təqsirləndirib, toqquşmalar və kütləvi həbslər baş verib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью