Paşinyan: Kim deyibsə, o cavab versin

12.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın oğlunun İrəvana səfərinin ləğvi ilə bağlı xəbərlərə münasibət bildirib.

"Yeni sabah" armenpress-ə istinadla xəbər verir ki, Baş nazir səfərə dair heç vaxt heç nə demədiyini nəzərə çatdırıb:

“Kim bunu bəyan edibsə, qoy o da izah etsin”, - Ermənistan Baş naziri brifinqdə bildirib.

Xatırlada ki, təxminən 2 həftə əvvəl ABŞ Prezidenti Donald Trampın oğlunun noyabrın 12-də Ermənistana səfər edəcəyinə dair məlumat yayılıb. Bu gün “Hraparak” qəzeti səfərin baş tutmayacağı barədə məlumat yayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью