Paşinyan KİV i məhkəməyə verdi 11 min dollar təzminat tələb edir

24.11.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan.Today” saytını, onun baş redaktorunu və “Ayeli” mətbuat klubunu məhkəməyə verib.

Sherg.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Paşinyan “Yerevan.Today” saytının sahibi olan “Media Plus” MMC-dən və baş redaktor Sevak Akopyandan “yüksək səviyyəli talan” və “yüksək səviyyəli korrupsiya” ilə bağlı iddiaları təkzib etməyi tələb edir. Baş nazir eyni zamanda bu məlumatları yayan “Ayeli” (“Güzgü”) mətbuat klubundan da təkzib verilməsini istəyir.

Paşinyan məhkəmə iddiasında cavabdehlərdən mənəvi zərərə görə 4 milyon dram (təxminən 11 min dollar) təzminat ödənilməsini də tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью