Paşinyan Kobaxidze ilə Tbilisidə futbola baxacaq

23.03.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, o, Tbilisidə Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşəcək.

Paşinyan və Kobaxidze axşam futbol üzrə Ermənistan və Gürcüstan milli komandaları arasında keçiriləcək cavab oyununu da izləyəcək. Bu gün Tbilisidə UEFA Millətlər Liqasının pley-off mərhələsinin Gürcüstan və Ermənistan komandaları arasında cavab oyunu keçiriləcək.

Xatırladaq ki, Gürcüstan baş naziri martın 21-də İrəvanda səfərdə olmuşdu. Səfər çərçivəsində o, Paşinyanla İrəvanda Ermənistan və Gürcüstan millilərinin qarşılaşmasını izləmişdi. Həmin oyun 0 – 3 hesabı ilə Gürcüstan komandasının xeyrinə bitmişdi.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью