Paşinyan Kobaxidzeyə zəng etdi

27.08.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında telefon danışığı olub.

"AzPolitika" xəbər verir ki, həmsöhbətlər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi və müxtəlif sahələrdə əməkdaşlıq prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Nikol Paşinyan İrakli Kobaxidzeni oktyabr ayında Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflərinin 17-ci Konfransında (COP17) iştiraka dəvət edib

Gürcüstanın Baş naziri dəvəti qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью