Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Koçaryanın tənqidlərinə cavab verib.
KONKRET.az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində “Ararat” adlı inzibati vahid mövcuddur. Bunlar “Ararat” icması və “Ararat” vilayətidir. Lakin “Ararat” dağı Ermənistan Respublikasının ərazisində yerləşmir.
“Əgər biz bunu əvvəllər görməmişiksə, deməli vəziyyət fərqlidir. Bu, o deməkdir ki, dövlət və dövlətin olmaması anlayışı arasında demarkasiya aparılmamışdı”, — Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, onun komandası bu demarkasiyanı həyata keçirib, çünki Ermənistan artıq müstəqil və suveren dövlətdir.
Müşviq Tofiqoğlu
KONKRET.az