Paşinyan Köçəryan və Sərkisyana zəng edib deyib ki... Marukyan

20.05.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İki gün əvvəl Fransadan mənə zəng gəldi. Dedilər ki, Nikol Paşinyan keçmiş liderlərə (Robert Köçəryan və Serj Sərkisyana – red.) zəng edərək “mənim impiçmentimə imza atsanız, hamınızı həbs edəcəm” deyib.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresinin rəhbəri Edmon Marukyan deyib.

O bildirib ki, Paşinyan impiçment prosesinə görə ciddi şəkildə təşvişə düşüb:

“Fransadan zəng edən adama inanmalıyam, ya yox? Niyə onlar prosesdə imzalarını vermədilər? Bəlkə də bu hakimiyyətlə sövdələşiblər. Mən bilirdim ki, Ermənistanın bütün təslim və güzəştləri Serj Sərkisyan və Robert Köçəryanın göstərişi ilə həyata keçib”.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью