Paşinyan Köçəryan və Sərkisyanla bağlı söz verdi

20.11.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“2026-cı il parlament seçkilərinin nəticələrinə görə, Ermənistanı tələyə salan və orada saxlayan siyasi fiqurlar siyasət meydanından çıxarılacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“2026-cı il parlament seçkiləri belə bir nəticəni göstərməlidir: keçən dövrün bütün siyasi elitasının nümayəndələri, hansı ki, Ermənistanı idarə edib tələyə salıb və orada saxlayıb, bu seçkilər nəticəsində siyasət sahəsindən kənarlaşdırılmalıdır və artıq siyasi arenada yer tutmamalıdırlar. Bu, mənim fikrimdir və əminəm ki, belə də olacaq.

İnsanlarla ünsiyyətdə oluram və onlar artıq “keçmiş-indiki” mübahisələrindən və müzakirələrindən yorulublar”, - o deyib.

Siyasi leksikaya toxunan Paşinyan əlavə edib ki, bu məntiqdən çıxmaq və Ermənistanda siyasi həyatın normal qaydalarını bərqərar etmək lazımdır.

Qeyd edək ki, söhbət Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sərkisyan və digər fiqurlardan gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью