Paşinyan komandasına əmr verdi Siyahı hazırlandı, plan işə düşür

13.05.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan son dərəcə pis əhval-ruhiyyədə qayıdıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb.

Bildirilib ki, öz partiyasının elitası arasında yaşanan narazılıq, gələcəyə dair qeyri-müəyyənlik, habelə Rusiya ilə bağlı bəzi işgüzar dairələrdə baş nazirin Moskvaya səfərinin səmərəsiz olması barədə məlumatlar daxili gərginliyi daha da artıb.

Qəzetin mənbəsi qeyd edib ki, öz sıralarında yaranmış laqeyd ab-havanı aradan qaldırmaq üçün Paşinyan bir vasitə kimi müxalifətə yaxın iş adamlarını hədəfə alacaq:

“Həmsöhbətimizin sözlərinə görə, bununla bağlı müvafiq şəxslərin siyahısı tərtib edilib və ictimaiyyətin geniş reaksiyasını təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaxın günlərdə həmin iş adamlarını sərt şəkildə həbs etmək tapşırılıb. Üstəlik, bu məqsədlə hökumətə xidmət edən bütün mümkün platformaları cəlb etmək qərara alınıb: televiziya şirkətləri, internet saytları və sair”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью