Paşinyan komandasının ən qatı antirusu Rusiyaya gedir

03.02.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 4 fevral tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər 7 fevrala qədər davam edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bu müddət ərzində parlamentin sədr müavini Akop Arşakyan parlament sədrinin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Alen Simonyan Paşinyanın komandasında Rusiyaya qarşı ən sərt mövqe nümayiş etdirən kadrdır.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью