Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə bəyanatla çıxış edib.
"Müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. Çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən buraxmaq olmaz”, - Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumunda deyib.
Paşinyan həmçinin qeyd edib ki, təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.
- Xanımlar və cənablar, mən inanıram ki, bütün mübahisələrə, bütün təxribatlara və sairə baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Sülh olacaq və bu, mənə son dərəcə aydın görünür”, - Ermənistan hökumətinin rəhbəri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. Çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən buraxmaq olmaz”, - Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumunda deyib.