Paşinyan: Konstitusiyanı dəyişəcəyik”

27.05.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paşinyan sülh sazişinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmayacağı təqdirdə konstitusiyaya dəyişiklik prosesini başlamağa hazır olduğunu açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt İrəvanda keçirilən forumda çıxış edib. 

News24.az xəbər verir ki, Paşinyan Bakı-İrəvan xəttində imzalanması planlaşdırılan sülh sazişini dəyərləndirib. 

Sülh müqaviləsinin Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalı olduğunu bildirən Paşinyan, "Bu, variant deyil, zərurətdir. Mənim şəxsi fikrim budur ki, konstitusiya dəyişikliklərinə başlanılmalıdır. Çünki bu sülh prosesi və razılaşma əldən buraxılmamalıdır. Biz çalışacağıq ki, cəmiyyətimizi bu dəyişikliklərə inandıraq ki, davamlı sülhə nail ola bilək" deyib.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью