Paşinyan koronavirusa yoluxdu, Rusiyaya səfərini ləğv etdi

25.12.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub və özünü təcrid edib.  

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.

Bildirilir ki, bu  səbəbdən Paşinyan  bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək.  Baş nazir həmçinin bildirib ki, günün sonuna kimi Aİİ-nin Ali İqtisadi Şurasının dekabrın 26-da keçiriləcək iclasında iştirak edib-etməmək barədə qərar verəcək.

MDB ölkələri liderlərinin Sankt-Peterburqda görüşü ənənəvi olaraq keçirilir. Paşinyan  sonuncu dəfə 2023-cü ildə orada iştirak edib.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью